“ABŞ Rusiya ilə əlaqəli bir neçə şəxsi sanksiya siyahısına əlavə edib. Onların arasında məşhur iş adamı Qod Nisanov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın da adı var. Qod Nisanovun siyahıya əlavə edilməsi arzuolunan deyil. Çünki o, bizə yaxın adamdır. Vətən Müharibəsində də Azərbaycana çox ciddi yardımlar etdi. Quba rayonunda dünyaya gəlib, Qubanın yetişdirməsidir. Münasibətlərimiz yüksək səviyyədədir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.