“AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasovun həbs olunacağı ilə bağlı yayılan fikirlər qətiyyən doğru deyil. Hazırda heç kimlə danışmaq istəmir. Bu məsələlərdən sonra telefon nömrəsini dəyişib. Deyir ki, məni heç kim narahat etməsin”.
Bu sözləri Pravda.az-a açıqlamasında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini Hikmət İbrahimov deyib.