Prezident İlham Əliyev "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarının təltif edilməsi haqqında" sərəncam imzalayıb.
Pravda.az xəbər verir ki, sərəncamla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illiyi münasibətilə və aztəminatlı vətəndaşlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki xidmətlərinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin aşağıdakı əməkdaşları təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Rəhimov Elxan Rafiq oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Vəliyev Yaşar Vəli oğlu
“Tərəqqi” medalı ilə
Axundov Nizami Ağaməmməd oğlu
Atakişiyeva Türkanə Ərşad qızı
Cəbrayılova Tamella Rza qızı
Cəfərov Fizuli İsaxan oğlu
Əyyamzadə Rauf Vilayət oğlu