Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Albaniyanın yeni prezidenti Bayram Beqay seçildi

1 251
Paylaş:
Albaniyanın yeni prezidenti Bayram Beqay seçildi

Albaniya Milli Assambleyası Bayram Beqayı ölkənin yeni prezidenti seçib.

Pravda.az xəbər verir ki, bu barədə Radio Televizioni Shqiptar dövlət xidməti məlumat yayıb.

Qeyd olunur ki, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Bayram Beqayın lehinə 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatları olmaqla 78 parlamentari səs verib.

Beləliklə, B. Beqay iyulun 24-də hazırkı prezident İlir Metanın səlahiyyət müddəti başa çatdıqdan sonra ölkənin səkkizinci prezidenti olacaq.

Trend

Paylaş:

Ən son xəbərlər