Qərb martın 29-da İstanbulda keçirilən Rusiya-Ukrayna görüşündən bir gün sonra Kiyevə Moskva ilə danışıqları davam etdirməyi qadağan edib.
Pravda.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiyanın “Radio and Television of Republika Srpska”ya müsahibəsində deyib.
Rusiyanın baş diplomatı Ukrayna ilə bağlı danışıqların hazırkı mərhələsi ilə bağlı suala belə cavab verib:
“Ukrayna iki ay əvvəl bu məsələnin həlli ilə bağlı təklif irəli sürmüşdü. Biz bu təklifləri əsas götürdük. Nümayəndə heyətlərinin İstanbuldakı görüşündən bir gün sonra Qərb ukraynalılara bu prosesi davam etdirməyi qadağan etdi”.