“Azərbaycada din dövlətdən ayrıdır. Amma buna baxmayaraq, dövlət dini münasibətlərin inkişafı üçün hər cür şərait yaradır. Müsəlman Biriliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə polis orqanları əməkdaşları tərəfindən Allahın təhqir edildiyini bildirib və aclıq aksiyasına başlayıb. Taleh Bağırzadənin bu ifadəsini əsassız sayıram. Çünki harada işləməsindən asılı olmayaraq, ölkəmizdə hər bir insanın Allaha bağlılığı var. Heç kim Allahı və Allahın qoyduğu yolu təhqir edə bilməz, buna inanmıram. Əsassız bir iddia olduğunu hesab edirəm”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov deyib.