Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

İsa Qəmbər 180 manat müavinətə görə məhkəməyə müraciət edir, sənədlər hazırdır

1 042
Paylaş:
İsa Qəmbər 180 manat müavinətə görə məhkəməyə müraciət edir, sənədlər hazırdır

“Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərə pensiya əvəzinə, cəmi 180 manatlıq müavinət təyin olunub. Bu gün bununla bağlı Bakı Şəhər İnzibati Məhkəməsinə müraicətimizi poçtla göndərəcəyik. Sənədlər hazırlanıb”.

Bu sözləri Pravda.az-a açıqlamasında İ.Qəmbərin vəkili Nemət Kərimli deyib.

“Dövlət Sosial Müdafiə Fondu üzərinə İsa Qəmbərin gərəkli pensiya hüququnun təmin edilməsi tələbi qoyulmalıdır. Qanunvericiliyə uyğun olaraq, əmək stajına, qulluğa görə əlavə ödənişlər edilməlidir. Məhkəmə qarşısında İsa Qəmbərə Milli Məclis sədrinin 80% maaşı miqdarında pensiya təmin edilməsi iddiası qaldırılacaq", - vəkil bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər