Tanınmış vəkil Bəhruz Bayramov illlər sonra işğaldan azad edilmiş Kəlbəcər şəhərindəki evlərinə gedib.
Pravda.az-ın məlumatına görə, o, işğal dövründə erməni vandalları tərəfindən dağıdılmış evlərinin yalnız daş qalıqlarını tapa bilib.
Vəkil bildirib ki, doğma yurd-yuvasını tərk edəndə onun 17 yaşı olub. İşğal zamanı Ermənistan Silahlı Qüvvələri B.Bayramovun evi ilə yanaşı ərazidə yerləşən digər evləri də dağıdaraq məhv ediblər.