“2022-ci il dövlət büdcəsi haqqında” qanuna yenidən baxılacaq...
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, artıq Maaliyyə Nazirliyi tərəfindən müvafiq sənədlər də hazırlanır. Vahid Əhmədovun sözlərinə görə, büdcəyə yenidən baxılması zərurəti neftin dünya bazarındakı qiymətinin artmasından yaranıb.