1993-cü ilin yayında ölkədə vəziyyət son dərəcə ağırlaşmışdı. Hakimiyyət strukturları, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamankı iqtidar 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.
Artıq bir sıra ərazilərdə Gəncə, Lənkəran, Qusar və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.