Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşüb.
Hikmət Hacıyev ABŞ Prezidentinin köməkçisi ilə görüşdü - FOTO
Prezidentin köməkçisi bununla bağlı "Twitter" səhifəsində paylaşım edib.
“Bu gün Ağ Evdə milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, - deyə Hikmət Hacıyev "Twitter" hesabında yazıb.