“Heç bir jurnalistdən, saytdan görmədim ki, zəng edib desinlər ki, Rusiyaya səfərə gedirsiniz, yaxşı yol, bunu necə işıqlandıraq və s. Mən də yataq hamıya maraqlı olduğu üçün oradayam da. 25 ildir ki, standapla məşğulam, indi gündəm oldum? 50 min filmim var, amma gündəm indi olmuşam. Ona görə ki, elə hamının marağı yataqdadır da. Jurnalist, vətəndaş qarışıq hamının fikri ordadır.”
Bunu Pravda.az-a açıqlamasında aktyor Fərda Amin “Youtube”da yayımlanan “Çimnazla yataqda” verilişinə çəkilməsinə aydınlıq gətirərkən deyib.
F.Amin qeyd edib ki, səbəbi elə verilişdə açıqlayıb: “Gəlmişəm ki, o biri işlərim üçün buradan link atım ki, yataqdan səhnəyə başlamıram. Tam olaraq 25 ildir ki, bu sferada filmlər, verilişlər, şoular, standaplar ərsəyə gətirmişəm. Yoxsa səfərə gedirəm, bir nəfər bununla bağlı zəng etmir, amma indi bu verilişə görə zəng etməyən adam qalmayıb. Deməli, düz getmişəm də, bu hamıya maraqlı imiş. Ora getmişdim ki, məni axtarsınız ki, həyatdayam, yaşayıram, səfərə gedəcəyəm, Rusiyanın Yekaterinburq, Moskva və Sankt-Peterburq şəhərlərində konsertlərim olacaq, sonra da gəlib Bakıda, Sumqayıtda, Gəncədə konsertlər verəcəyəm, standap dövrü başladıram. Verilişin 8-ci dəqiqəsində gedişimin məqsədini bildirmişəm ki, burada onsuz da heç nə yoxdur. Siz gözlədiyinizi onsuz da bu yataqda görməyəcəksiniz, işlər o tərəfdədir, gedin ora baxın”.
Leyla