"1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdə ölkə əhalisi 3 mln. 633 min 301 nəfər idi, 20 ildən sonra, 2011-ci ildə əhali sayı 3 mln. 215 min 299 nəfər, 2021-ci ildə isə 2 mln. 964 min 55 nəfər olub. Müstəqillikdən bəri son 30 ildə Ermənistanın əhalisi 669 min 246 nəfər azalıb. Gələk bu ilin ilk 4 ayının göstəricilərinə - 2022-ci ilin yanvar-aprel aylarında Ermənistanda doğulan uşaq sayı 10665 nəfər olub, 2021-ci ilin eyni dövrünə görə doğuş 7,3% azalıb (keçən ilin ilk 4 ayında 11501 uşaq doğulmuşdu). Bu ilin ilk 4 ayında Ermənistanda ölənlərin sayı 10701 nəfər olub, yəni təbii azalma trendi davam edir. Keçən il Ermənistandan 42 min nəfər birdəfəlik köçüb, bu ilin ilk 4 ayında köç azalsa da, davam edib, ölkəni hər ay 1500-2000 nəfərə yaxın insan birdəfəlik tərk edir. Bir çox mütəxəssislərin hesablamalarına görə demoqrafik "əyri"də Ermənistan kritik nöqtəni keçib, əhalinin azalma trendi davam edəcək. Bu rəqəmləri yazmaqda məqsədim odur ki, bu gün Ermənistanda Moskvanın göstərişi ilə sülhə qarşı çıxan dəstələr, mitinq-yürüşlərlə, aranı qatmaqla, xaos yaratmaqla “revanş”dan danışırlar, müharibənin nəticələri ilə barışmaq istəmirlər. Yaxşı, hansı gününüzə revanşdan danışırsız?!"
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.