Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevi aclıq aksiyasına başlayıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə onun vəkil Cavad Cavadov məlumat verib.
Vəkil bildirib ki, Əli Əliyev Yasamal Rayon Məhkəməsində keçirilən prosesdən sonra aclıq aksiyasına başladığını söyləyib.

Xatırlatma: YAP-ın keçmiş üzvü Ramiz Göyüşov Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayət edib. Yasamal Rayon Məhkəməsində keçirilən qapalı qapalı iclasda Əli Əliyevin Ramiz Göyüşov barəsində işlətdiyi ifadələrlə bağlı məhkəmə linqvistik ekspertizasının təyin edilməsi ilə bağlı qərar qəbul olunub.
Ekspertiza rəyi açıqlanana qədər iş üzrə icraat dayandırılıb.
Ramiz Göyüşov bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılmışdı. Bundan sonra o, YAP-dan kənarlaşdırıldı.
VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.
Kənan