"Bakıda 28 Mall-ın önündə 2 yol polisi avtomobili saxlayıb, bir-biriləri ilə söhbət edirlər. Bilərəkdən şəhərdə sıxlıq yaradan yol polislərinin məqsədi nədir? Məgər söhbət etməyə yer yoxdurmu? Niyə digər polislər kimi tıxacların açılması üçün köməklik göstərmirsiniz?! Cənab nazir Vilayət Eyvazov hər dəfə polis əməkdaşlarına "Vətəndaşı incitmək olmaz" tapşırığını verir. Doğrudur, polis sistemində yaxşı mənada dəyişiklik aşkar görünür. Amma bu cür problemlər də var. Görünür, yolun ortasında avtomobili saxlayıb, söhbət edən polislər verilən tapşırıqlara diqqət etmirlər".
Pravda.az-ın xəbərinə görə, bu barədə Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli məlumat verib.
