Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Azərbaycan koronovirusla bağlı hazırlıq səviyyəsi üzrə sonuncu yerdə qərarlaşıb - FOTO

1 626
Paylaş:
Azərbaycan koronovirusla bağlı hazırlıq səviyyəsi üzrə sonuncu yerdə qərarlaşıb -   FOTO

Azərbaycan koronovirusla bağlı hazırlıq səviyyəsi üzrə keçmiş sovet respublikaları arasında sonuncu, dünyanın 195 ölkəsi arasında isə 151-ci yerdə qərarlaşıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu məlumat verib.

Q.İbadoğlunun sözlərinə görə, nüfuzlu Con Hopkins Universiteti və Economist İntelligence Unitin mötəbər Global Health Security İndexi əsasında hazırlanan qiymətləndirmə hesabatı göstərir ki, qlobal təhlükəyə müqavimət sahəsində bölgənin ən zəif ölkəsi Azərbaycandır: “Bu nəticənin əldə olunmasında əlaqədar dövlət orqanlarının hərəkətsizliyi və ya gec reaksiyası əhəmiyyətli rol oynayıb. Epidemiyaya gec reaksiya verərək İranla sərhəddə gömrük qapılarını qonşular arasında sonda bağlayan, bölgədə pis infrastruktura və təcrübəsiz tibbi personala malik olan və ən çox korrupsiyalaşmış ölkə də təəssüf ki, Azərbaycandır. Sizcə, bu reytinq cədvəlini görən turistlər səyahət etmək üçün Azərbaycanı seçərlərmi?”

Paylaş:

Ən son xəbərlər