Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Almaniyada avtomobil insanların üzərinə sürülüb, ölən və yaralananlar var

1 076
Paylaş:
Almaniyada avtomobil insanların üzərinə sürülüb, ölən və yaralananlar var

Almaniyanın paytaxtı Berlinin qərbində avtomobilin insan kütləsinin üzərinə sürülməsi nəticəsində 1 nəfər ölüb, azı 10 nəfər yaralanıb.

Pravda.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin yerli əməkdaşları məlumat verib.

Bildirilib ki, hadisə iyunun 8-də Berlində, Vilhelm xatirə kilsəsinin yaxınlığındakı Braytşaydplasda baş verib.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanlıb.

Qeyd edək ki, 2016-cı ilin dekabrında Braytşaydplas meydanında İŞİD terrorçularının yük maşını ilə hücumu nəticəsində 13 nəfər ölmüşdü.

Paylaş:

Ən son xəbərlər