Avropa İttifaqı mobil elektron cihazlar üçün vahid birləşdirici portlardan istifadə etmək qərarına gəlib.
Pravda.az-ın xəbərinə görə, 2024-cü ilin payızına qədər smartfonlar, qulaqlıqlar, dinamiklər və kameralar kimi qurğular USB-C tipli birləşdiriciyə malik olmalıdır.
Brüsseldə deyirlər ki, bu qərar istifadəçinin rahatlığı və xərclərin azalmasından başqa, həm də ətraf mühitə yararlı olacaq.
“Bu yeni qayda hər il çəkisi 1 min tondan artıq olan elektron tullantıları azaldacaq, - Aİ-nin daxili bazarlar üzrə komissarı Thierry Breton deyib.
Onun sözlərinə görə, bu, ildə 10 milyon smartfon və ya 2600 ton “xammala bərabərdir”.