1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi üçün hazırlıq işləri artıq yekunlaşır.
Pravda.az xəbər verir ki, bu barədə müvafiq Komissiyanın iclasında bildirilib.
Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən icra olunacaq bu yeni sosial dəstək proqramı müharibə əlillərinin sosial müdafiəsinə daha bir qayğını ifadə edir. Komisssiyanın təklifləri təqdim edilib və bu təkliflər əsasında müvafiq qayda təsdiq edildikdən sonra ödənişlərə başlanacaq.
Bildirilib ki, qeyd olunan birdəfəlik ödəmələr də elektron sistem üzərindən, proaktiv təyin olunaraq, nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək.