Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Nazir "Son zəng"lə bağlı əmr imzaladı

1 029
Paylaş:
Nazir "Son zəng"lə bağlı əmr imzaladı

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək.

Pravda.az-ın xəbərinə görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.

“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

Paylaş:

Ən son xəbərlər