"2021-ci ildən şəhid ailə üzvlərinin kvota ilə işə götürülməsi prosesinə başlanılıb. Bu gün ölkə üzrə kvotanın sayı 66 mindən artıqdır. Kvotanın 80 minə çatdırılması planlaşdırılır".
Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirdiyi mətbuat konfransında deyib.