Bakıda satılan ən bahalı mənzillər məlum olub.
Pravda.az-ın xəbərinə görə, hazırda Bakıda satılan ən lüks mənzilllər "Port Baku Residence”, "Şəhər Bağları” və "BAYIL BAY”, Clock Tower, Azure Residence və "Life History” premium yaşayış kompleksində yerləşir. Sahəsi 540-1600 m²-lik 4-15 otaqlı ən bahalı on mənzilin bazar dəyəri 2,4-5 milyon manat arasında dəyişir. Mənzillərin satışı, həmçinin, ipoteka şərtləri ilə də mümkündür.
Bakıda satılan ən bahalı mənzil isə "Port Baku Residence”də yerləşən 1050 m²-lik 8 otaqlı "penthaus”dur. Qiyməti 5 milyon manatdır.
