Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb

980
Paylaş:
Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri Abdulla Şahidlə görüşüb.

Pravda.az-ın xəbərinə görə, görüşdə Azərbaycanın daim çoxtərəfli diplomatiyanı dəstəklədiyi vurğulanıb və Qoşulmama Hərəkatının sədri kimi bu istiqamətdə gördüyü işlər müzakirə edilib.

Xatırladaq ki, BMT-nin protokol qaydalarına əsasən rəsmi görüşlərdə BMT-nin və bu təşkilatın rəhbər vəzifəli nümayəndəsinin təmsil etdiyi dövlətin bayraqları qoyulur.

Paylaş:

Ən son xəbərlər