Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Pravda.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.