Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bu siyasi partiyaların qeydiyyatı ləğv edilə bilər

1 350
Paylaş:
Bu siyasi partiyaların qeydiyyatı ləğv edilə bilər

“Siyasi partiyaların fəaliyyətini və onlar tərəfindən maliyyə vəziyyətinə dair hesabatların təqdim edilməsini tənzim edən qanunvericilik aktları 3 iyun 1992-ci il tarixdə qəbul edilmiş “Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunu” və “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarıdır. “Siyasi partiyalar haqqında” qanunun 12-1.1.2-ci maddəsinə əsasən siyasi partiyaların əsas vəzifələrindən biridə maliyyə vəziyyəti ilə bağlı hesabatların Mərkəzi Seçki Komissiyasına göndərilməsidir ki, həmin məlumatlara siyasi partiyanın gəlirləri: üzvlük haqları; əmlakdan götürülən gəlir; tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir; ianələr şəklində olan gəlir; seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait; aşağı təşkilatların ödəncləri; dövlət büdcəsindən ayrılan vəsait və.s daxildir. Məlumatların MSK-ya qanunla müəyyən edilmiş müddət ərzində təqdim edilməməsi həmin siyasi partiyaların qeydiyyatının məhkəmə qaydasında ləğv edilməsi ilə nəticələnə bilər”.

Bunu Pravda.az-a açıqlamasında hüquşünas Seymur Yusifli deyib. 

S.Yusifli qeyd edib ki, ““Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydası” haqqında Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarının 5.1-ci maddəsinə əsasən siyasi partiyaların illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir: “İstinad olunan qərarın 5.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verir. Beləliklə qanunda nəzərdə tutulmuş qaydada maliyyə hesabatı təqdim etməyən siyasi partiyalara Ədliyyə Nazirliyi tərəfindən “Siyasi partilayar haqqında qanun”un 16-cı maddəsinin tələbi uyğun olaraq, nöqsanların aradan qaldırılması barədə öncə müvafiq siyasi partiyaya yazılı xəbərdarlıq edilir, siyasi partiya tərəfindən sözügedən xəbərdarlğa məhəl qoyulmadığı və nöqsanların aradan qaldırılmadığı halda Ədliyyə Nazirliyi tərəfindən həmin siyasi partiyanın qeydiyyatının ləğv edilməsi tələbi ilə İnzibati Məhkəməyə müraciyət edilir”.

S.Yusifli, həmçinin əlavə edib ki, maliyyə vəziyyətinə dair məlumatlar təqdim etməyən siyasi partiyalarla bağlı MSK tərəfindən Ədliyyə Nazirliyinə məlumatın verilməməsinə görə İnzibati Xətalar və Cinayət Məcəlləsində inzibati tənbeh və ya cinayət məsuliyyəti nəzərdə tutulmur, bununla bağlı qanuvericiliyə müvafiq əlavənin edilməsi isə qanunvericilik baxımından zəruridir”.

Qeyd: Hazırda Azərbaycanda qeydiyyat keçən 58 siyasi partiyadan 10-u illik maliyyə hesabatını MSK-ya təqdim etməyib.

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər