Rusiya Federasiyası Hökuməti Xarici İşlər Nazirliyinin bu ölkənin Ümumdünya Turizm Təşkilatından çıxması ilə bağlı təklifini qəbul edib.
Pravda.az-ın məlumatına görə, müvafiq sərəncam bu gün rəsmi hüquq-informasiya internet portalında dərc edilib.
Aprelin 27-də Rusiya fəaliyyəti siyasiləşdirdiyinə görə Ümumdünya Turizm Təşkilatından (ÜTT) çıxmaq niyyətini açıqlayıb.