Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Pekində yeni koronavirus ocağı aşkar edildi

969
Paylaş:
Pekində yeni koronavirus ocağı aşkar edildi

Çinin paytaxtı Pekində yeni koronavirusa yoluxma ocağı aşkar edilib.

Pravda.az-ın məlumatına görə, bu barədə Pekin Səhiyyə komitəsi bildirib.

Qeyd olunur ki, son sutka ərzində 61 nəfərdə yoluxma aşkar olunub ki, həmin şəxslərin eyni əyləncə məkanında olduğu müəyyən edilib.

Yoluxanların 25 nəfəri xəstəliyi simptomsuz keçirir.

Yoluxma halları ilə əlaqədar paytaxtın Çaoyan rayonunun rəhbərliyi karantin tədbirlərini sərtləşdirib, bəzi hissələrdə qapanma elan olunub.

Paylaş:

Ən son xəbərlər