Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Xalq artisti: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması çətin məsələdir”

1 073
Paylaş:
Xalq artisti: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması çətin məsələdir”

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması çox çətin məsələdir. Əlbəttə, bu proses müəyyən istiqamət üzrə davam edəcək, amma hər halda mənə elə gəlir ki, burada zaman lazımdır. Adi yaranın belə, sağalması üçün zaman tələb olunur. Əlbəttə, ermənilərin bizə qarşı etdiklərini unutmaram. Bir də onu deyim ki, biz elə unutduğumuz üçün hər şey bu şəkildə oldu. Unutduq ki, belə hal ikinci dəfə başımıza gəldi. Yəni, bu, çox çətin və uzun prosesdir. Şəhid analarının gözünün yaşı qurumalıdır, onları sakitləşdirməliyik, üstəlik qazilərimizin müalicəsi də davam edir. Babam İkinci Dünya Müharibəsində yeddi yerdən yaralanmışdı. Bütün dünya, eləcə də Sovet adamları üçün müharibə 1945-ci ildə qələbə ilə bitmişdi. Amma bizim üçün müharibə davam edirdi. Babamın yaralarının ağrısını biz o, ölənə qədər çəkdik…”

Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın Xalq artisti Şamil Süleymanov deyib.

“İstənilən halda heç nəyi unutmamalıyıq, amma yenə də qeyd edirəm ki, zamanla nəyin necə olacağını görəcəyik. Yaraların yeri müəyyən qədər keçdikdən sonra nə olacaq, onlar özlərini necə aparacaqlar… Cənab Prezident İlham Əliyevin əsgərləriyik. O, əmri necə verəcəksə, elə də olacaq” – Xalq artisti qeyd edib.

Leyla

Paylaş:

Ən son xəbərlər