Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında əhval-ruhiyyə pisləşir. Orada “abses” yetişməyə başlayıb.
Pravda.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Bunun göstəricisi nəinki vəzifədən uzaqlaşdırılan, barələrində cinayət işi başlanan və istintaq aparılan komandirlərin sayıdır. Məsələn, 1-ci Tank Ordusunun komandiri, Qara Dəniz Donanmasının komandanı”, - ekspert bildirib.
Onun sözlərinə görə, Rusiya Baş Qərargahında ciddi təmizləmələr başlayıb, Federal Təhlükəsizlik Xidməti (FSB) düzgün planlaşdırılmamış “xüsusi əməliyyat” adlanan əməliyyata görə öz günahını hərbçilərin üzərinə atmağa çalışır.