İyun ayının 11-də Azərbaycanın mini-futbol millisi ciddi tarixi nailiyyətə imza atdı. Belə ki, qitənin beşqat qalibi Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək Avropa çempionatının qalibi oldu.
Şübhəsiz ki, Azərbaycan mini-futbol millisinin qələbəsi ciddi idman hadisəsidir, ancaq son aylar ölkədə və qlobal dünyada baş verən proseslər bu idman hadisəsinin mühüm siyasi əhəmiyyətini də ortaya çıxarmış olacaq. Müxtəlif relslər üzərindən Qərbə inteqrasiya yolunu tutan Azərbaycanın Avropa çempionatında ilk çempionluğunu qazanması ölkənin bu istiqamətdə atdığı addımların sürətini daha da atırmış olur. “Azərbaycanda komandaçılıq yoxdur” stereotipləri də dağılmış oldu, daha çox fərdi idman növləri üzrə qazanılan ciddi nəticələr futboldakı uğursuzluqlarımız fonunda “kollektivçilik” prinsiplərinə dərin bir inamsızlıq yaratmışdı.
Azərbaycan mini-futbolunun uzun illər “xroniki diqqətsizlik”dən əziyyət çəkməsinin və bu sahəyə olan qeyri-sağlam yanaşmanın “kardinal müəllifi” də heç kəsə sirri deyil. 2007-ci ildən 2002-ci ilin aprel ayına qədər AFFA-nın baş katibi vəzifəsində çalışan E.Məmmədov ölkə futboluna “nekroloq” imzalayan əsas müəllif kimi tarixə düşdü. 2017-ci ildə Azərbaycan Mini-Futbol Assosiasiyası təsis ediləndən sonra bu istiqamətdə atılan addımların tormozlanması üçün “əyləc sistemi” də quruldu və E.Məmmədov ölkənin mini-futbolunu beşiyindəcə boğmağı bacardı. Onun AFFA-dan gedişi ölkə futbolu üçün nəfəslik rolunu oynadı, mini-futbol komandamızın ciddi tarixi nəticə əldə etməsini Azərbaycan futbolunun gələcək qələbələrinin ilk müjdəçisi də hesab etmək olar. E.Məmmədova mini-futbol lazım deyildi, o, idmana cavahdeh qurumların mini-futbola olan diqqətsizliyinin əsas memarı idi.