Türkiyədə 2021-ci ilin lider ixracatçı müəssisələri arasında yer alan “SOCAR Türkiyə” pandemiyanın mənfi təsirlərinə baxmayaraq, istehsal prosesini fasiləsiz olaraq davam etdirib.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib.
“Xüsusilə SOCAR-ın törəmə müəssisələri olan “Petkim” ve STAR NEZ-in inteqrasiyalı fəaliyyəti sayəsində fasiləsiz istehsalatı yaradılan sinerji, güclü hesabatlılıq və texnoloji transformasiya ilə dəstəkləyərək bu uğura nail olduq. Türkiyənin ilk 10 ixracatçı müəssisəsi arasında yer almaqdan böyük qürur duyuruq. Dost və qardaş Türkiyənin ixracatına verdiyimiz töhfə bizim üçün xüsusilə önəmlidir”, - nazir bildirib.
Qeyd edək ki, Türkiyə İxracatçılar Məclisi (TİM) “2021-ci il İxracat Çempionları” siyahısını açıqlayıb. Türkiyədə ən böyük xarici investoru olan “SOCAR Türkiyə” bu siyahıda 8-ci yerə layiq görülüb. Həmçinin “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan "Petkim" TİM-in “İlk 1000 ixracatçı” siyahısında 22-ci sırada yer alıb.