Artıq xeyli müddətdir ki, köhnə və istismar müddətini başa vuran avtomobillərin utilizasiyası ilə bağlı məsələlər gündəmdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bununla bağlı bir neçə dövlət müəssisəsi tərəfindən birgə işlərin görüldüyünü qeyd edib. Ancaq hələ də belə nəqliyyat vasitəsi olan şəxslər üçün qaranlıq qalan bir neçə məqam var. Belə ki, onları maraqlandıran əsas suallar prossesin hansı qaydada aparılacağı, təqdim etdikləri avtomobillərin müqabilində nə qədər ödəniş alacaqlarıdır.
Nəqliyyat eksperti Fərhad Eyyubov deyir ki, ekoloji problemlərin həlli üçün köhnə nəqliyyat vasitələrinin utilizasiyası vacibdir. Lakin proses zamanı bir sıra hüquqi, sosial və texniki məsələlər nəzərə alınmalıdır. Ekspertin fikrincə utilizasiyabir neçə formada aparıla bilər.