Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Turistləri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralılar var

1 078
Paylaş:
Turistləri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralılar var

Antalyanın Korkuteli rayonuda tur avtobusunun aşması nəticəsində baş verən qəzada 1 turist ölüb, 22 nəfər yaralanıb.


Pravda.az-ın məlumatına görə, qəza yerli vaxtla saat 18:30 radələrində Korkuteli Fethiye şosesində baş verib. Dənizlidən Antalyaya gedən tur avtobusu Karaman yaşayış məntəqəsi yaxınlığında aşıb. Qəzada 5 fərqli ölkədən turist kimi gəldiyi bildirilən 20 sərnişindən biri hadisə yerində ölüb, 2 bələdçi və 1 sürücü yaralanıb.


Əraziyə çoxlu sayda təcili yardım maşınları göndərilib. Yaralılar xəstəxanalara yerləşdirilib.


Qəza ilə bağlı araşdırmalar davam edir.

Paylaş:

Ən son xəbərlər