Müğənni Natavan Həbibi aparıcı Samir Bayramlının “Söhbətsiz” proqramında qalmaqallı açıqlamalar verib.
Pravda.az xəbər verir ki, o, “W Trio” qrupunun dağılma səbəbini açıqlayıb. Həmçinin, Xalq artisti Röya Ayxan və müğənni Elnarə Xəlilovanın şəxsi həyatına zərər verdiklərini söyləyib:
“Bizdə barışmaq söhbəti olmayıb. Bunlar son vaxtlar belə danışmağa başlayıblar. “W Trio” ona görə dağılıb ki, münasibətimiz pozulub. 2002-ci ildə elə dalaşmışıq ki, qrupumuz dağılıb. Siz hansı münasibətdən, dostluqdan danışırsınız? Vaqif Gərayzadə kimi şəxsiyyət bizə mane ola bilmədi. Mənə qarşı Röya və Elnarə tərəfindən elə şeylər olunub ki... İndi danışmayacam, amma vaxtı var. Biz artıq işləyə bilməzdik. Aramız tamamilə pozulmuşdu. Sonuncu toya gedəndə düşmən kimi getmişik. Eyni səhnədə bir-birimizə nifrət edə-edə oxumuşuq. Sonralar bunlar keçdi, barışdıq. Unuduldu...