Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Cəlilabadda həmyerlisini öldürən keçmiş məhkuma hökm oxundu

1 007
Paylaş:
Cəlilabadda həmyerlisini öldürən keçmiş məhkuma hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayonunda həmkəndlisini öldürməkdə təqsirləndirilən Akif Heydərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxsə hökm oxunub və o, 11 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Bu hökmdən məhkum narazı qalıb və apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.


Qeyd: Hadisə 2021-ci ilin dekabrın 4-də Cəlilabad rayonunun rayonun Sabirabad kəndində qeydə alınıb.


Belə ki, həmkəndlilər - Heydərov Akif Kərəm oğlu və 1999-cu il təvəllüdlü Əliyev Vüsal Möhübbət oğlu mübahisə ediblər. Nəticədə A.Heydərov onu bıçaqla qətlə yetirib.

Xatırlatma: A.Heydərov daha əvvəl bıçaqlanma hadisəsinə görə həbsdə olub və yenicə azadlığa çıxıb. O, hadisəni törədən zaman içkili olub.


Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər