Hindistanda inanclarına görə inəyi müqəddəs hesab edən vətəndaşlar inəyin sidiyini və nəcisini suya qarışdıraraq duş qəbul ediblər. Görüntülər qısa müddətdə sosial mediada ən çox paylaşılanlar arasında olub.
Pravda.az-ın xəbərinə görə, Çində ortaya çıxan və dünyaya sürətlə yayılan koronavirus Hindistanda da narahatlıq yaradıb. Ölkədə çox sayda insan ölümcül virusa yoluxmamaq üçün inəyin nəcisini suya qarışdıraraq onunla duş qəbul edib.