Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

"Neftçi"nin xəstəxanaya yerləşdirilən qapıçısından xəbər var

1 267
Paylaş:
"Neftçi"nin xəstəxanaya yerləşdirilən qapıçısından xəbər var

Azərbaycan Premyer Liqasının XX turunun Neftçi” – "Sabah” matçının (4:0) ikinci hissəsində səhhəti pisləşərək əvəzlənən qapıçı Aqil Məmmədovun vəziyyətinə aydınlıq gəlib.

Klubdan Pravda.az-a verilən məlumatına görə, stress nəticəsində yaranmış təngnəfəslik ilkin yardım göstərildikdən sonra da tam keçməyib.

Buna görə əvəzlənmiş qapıçı oyundan sonra tam müayinədən keçmək üçün klinikaya aparılıb. Fiziki və klinik müayinələrdən sonra stress fonunda əmələ gələn hipoksiya diaqnozu qoyulub.

Həkimlərin rəyinə görə, hazırda qapıçının vəziyyəti stabildir və o, bir-iki günlük istirahətdən sonra məşqlərə qoşulacaq.

Paylaş:

Ən son xəbərlər