2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına ev sahibliyi edəcək bütün şəhərlər bəlli olub.
Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.
Turnir ilk dəfə üç ölkədə keçiriləcək: ABŞ, Meksika və Kanada. ABŞ-da dünya kuboku matçlarına Kanzas-Siti, Hyuston, Atlanta, Dallas, Sietl, San-Fransisko, Los-Anceles, Boston, Filadelfiya, Mayami və Şərqi Ruterford (Nyu Cersi) ev sahibliyi edəcək. Turnir həmçinin Meksikanın üç şəhərində keçiriləcək: Mexiko, Monterre və Qvadalaxarada. Kanadada dünya çempionatının oyunlarına Vankuver və Toronto ev sahibliyi edəcək.