“Meymunçiçəyinə qarşı mövcud olan peyvənd yalnız tək-tək Afrika ölkələrində qeydiyyatdan keçib. Hesab edirəm ki, ona görə də həmin peyvəndin kütləvi şəkildə gətirilməsinə heç ehtiyac da yoxdur”.
Azərbaycana meymunçiçəyinə qarşı peyvənd gətirilir? - Nazirdən açıqlama
Bunu səhiyyə naziri Teymur Musayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda meymunçiçəyinin geniş şəkildə yayılmasına əsas yoxdur: “Uzun müddətdir ki, planlı şəkildə əhali peyvənd olunur. Digər çiçək növlərinə uyğun olaraq peyvəndlərin meymunçiçəyinə qarşı qarşılıqlı həssaslığı var”.