1991-1992-ci illərdə Rusiyanın dövlət katibi və baş nazirinin birinci müavini olmuş Gennadi Burbulis 77 yaşında vəfat edib.


Pravda.az xəbər verir ki, bu barədə TASS-a keçmiş dövlət katibinin qardaşı qızı Yuliya Burbulis məlumat verib.


Yeltsin Mərkəzinin icraçı direktorunun birinci müavini Lyudmila Telen Burbulisin Bakıda vəfat etdiyini bildirib.


Gennadi Burbulis 4 avqust 1945-ci ildə anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumətində sədrin birinci müavini vəzifəsində çalışıb. 

 
 
Rusiya Federasiyasının birinci prezidenti Boris Yeltsinin yaxın adamı olub.


O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejskaya müqaviləsinin hazırlanmasında iştirak edənlərdən biri olub.