Prezidenti Kasım Jomart Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra sərt bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub.
Pravda.az xəbər verir ki, Qazaxıstanın Qərb alıcılarının onu sanksiyaya məruz qalan Rusiya markalı “Urals” ilə qarışdırmamaq üçün adını dəyişməyi qərara aldığı neftin ixracı Novorossiysk limanında dayandırılıb.
Məlumata görə, buna səbəb liman sularında İkinci Dünya Müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılmasıdır. Tədqiqat üçün Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) uzaq yanalma qurğularına bitişik akvatoriya bağlanıb.