BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir partiyanın fəaliyyəti qadağan edildi

Ukraynada məhkəmə “Həyat Üçün – Müxalifət Platforması” partiyasının fəaliyyətini qadağan edib.

 

Bu barədə Ukrayna Ədliyyə Nazirliyinin “Facebook” hesabında bildirilib.

 

“Məhkəmə partiyaya məxsus bütün əmlakların, maliyyə vəsaitinin və digər aktivlərin dövlət mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul edib. Qərar partiyanın əsas mərkəzlərinə və digər struktur qurumlarına, regional, şəhər və rayon təşkilatlarına şamil edilir”, - məlumatda qeyd olunub.

 

Bununla da Ukraynada fəaliyyəti qadağan edilən partiyaların sayı 10-a çatıb.

 

APA

Tarix: 20 İyun 2022, 15:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin