Böyük Britaniyanın Baş naziri Boris Conson əməliyyat olunub.
Pravda.az-ın xəbərinə görə, bu barədə Baş nazirliyin ofisindən verilən məlumatda deyilir.
“O, sinusları ilə əlaqəli adi bir prosedur üçün bu gün yerli vaxtla səhər saat 6:00 radələrində Londonda xəstəxanalardan birinə gedib və saat 10:00 radələrində "Downing Street"ə qayıdıb”, - bildirilib.