"WhatsApp” bəzi "iPhone”lar üçün son istifadə tarixini açıqlayıb.
"WhatsApp”ın bəzi iPhone və iPad-lərdə istifadə edilən bəzi iOS versiyaları üçün dəstəyi dayandıracağı bildirilib.
Meta tətbiqi bununla bağlı son istifadə tarixini verib.
Belə ki, iOS 10 və iOS 11 istifadəçiləri oktyabrın 24-dək iPhone telefonlarını yeni iOS 12 və ya daha yüksək versiyalara yeniləməsələr, "WhatsApp”dan istifadə edə bilməyəcəklər.