Avropa İttifaqının Rusiyadakı səfiri Markus Ederer Litva ərazisindən tranzitlə bağlı məhdudiyyətlər səbəbilə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Avropa İttifaqının Rusiyadakı səfiri XİN-ə çağırılıb
Bunu Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bəyan edib.
“Burada, əlbəttə ki, diplomatiya yolu ilə həll edilə bilən bir vəziyyət var. Bildiyimə görə, sabah Aİ-nin Rusiyadakı səfiri Markus Ederer Smolenkada Xarici İşlər Nazirliyinə çağırılacaq və ona müvafiq şərtlər irəli sürüləcək”- deyə, o bildirib.