Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

"Əla xəbərdir, indi eşitdim, Allah xeyir versin" - Deputatdan maaş artımına reaksiya

1 420
Paylaş:
"Əla xəbərdir, indi eşitdim, Allah xeyir versin" -     Deputatdan maaş artımına reaksiya

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatlarının maaşı artırılır. 

Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna dəyişiklik edilir. Məsələ ilə bağlı Azxeber.com-un əməkdaşı Milli Məclisin deputatı Aqil Abbas ilə əlaqə saxlayaraq deputatın fikirlərini öyrənmək istəyib.

Deputat bundan xəbərsiz olduğunu qeyd edib: "Xəbərim yoxdur, oğul, şad xəbər olasan. Maaş nə vaxt artıb, nə qədər artıb, bilmirdim, xəbərim yoxdur. İndi eşitdim, Allah xeyir versin”.

Qeyd edək ki, qərara əsasən Milli Məclisin deputatı 2485 AZN miqdarında aylıq vəzifə maaşı alacaq.

Paylaş:

Ən son xəbərlər