Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Etibar Əliyev: "Dərslər ayın ortası başlayıb, ortası bitə bilməz"

905
Paylaş:
Etibar Əliyev: "Dərslər ayın ortası başlayıb, ortası bitə bilməz"

“Dəfələrlə bu məsələni qaldırmışam ki, dərslər ayın ortası başlayıb, ortası bitə bilməz. Sentyabrın 1-də dərslər başlamalı, mayın sonunda bitməlidir. Bu uzatma, əlbəttə, istilərlə əlaqələndirilir. Amma 15 gün elə bir uzun vaxt deyil. ABŞ-ın sabiq prezidenti Barak Obama çıxışlarının birində təhsil məsələlərinə toxunanda belə demişdi: “Bilirsiniz niyə Koreyanın təhsili Amerika təhsilindən üstündür? Çünki koreyalılar 15 gün bizdən çox dərs keçirlər”. Guya yay məktəbləri fəaliyyət göstərir... Dərsliklər uşaqların əlindən alınır, yayda heç bir mütaliə edə bilmirlər. Bilmirəm, müəllimlər yorulurlar, yoxsa repititorlar? Bunu aydınlaşdırmaq lazımdır. Mənə belə gəlir ki, repititorlar yorulurlar. Onlar uzun müddət ödənişli şəkildə şagirdləri ali məktəbə hazırlaşdırırlar…”

Bu sözləri Pravda.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev deputat Fazil Mustafanın dərslərin sentyabrın 15-də deyil, 1-də başlaması ilə bağlı təklifindən danışarkən deyib.

E.Əliyev Yaponiyanı misal gətirib: “Yaponiya tədrisin, təhsilin və elmin ən çox inkişaf etdiyi, öndə olan ölkələrdən biridir. Amma bu ölkədə dərslər aprelin 1-də başlayır. Yapon mədəniyyətinin ən yaxşı bilinən simvolu sakura çiçəyinin açmasını əsas götürərək aprelin 1-də başlayır ki, şagirdlər bu çiçəyi dərib müəllimlərinə hədiyyə edə bilsinlər. Lakin diqqət edin, son 10 ildə 11 yapon alimi ölkələrindən çıxmadan burada tədqiqat aparmaqla “Nobel” mükafatına layiq görülüb. Dərslərin nə zaman başlamasının təhsil üçün müəyyən əhəmiyyəti var. Fazil bəy haqlıdır. 15 gün izah günləridir, imitasiya dövrüdür. Müəllim də bilir ki, dərs bitib, uşaqları buraxır. Ona görə də dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitirməlidir”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər