Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Toy zamanı başlamış dava qətllə nəticələndi – 17 il HƏBS

879
Paylaş:
Toy zamanı başlamış dava qətllə nəticələndi –       17 il HƏBS

Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qılman Mustafayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2021-ci ilin noyabr ayının 22-si axşam saatlarında Göyçay rayonunun Bəydövül kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Mustafayev Qılman Maarif oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1983-cü il təvəllüdlü İsmayılov Elvin Mübariz oğlunu bıçaqlayıb. Ürək nahiyəsindən iki bıçaq xəsarəti alan Elvin İsmayılov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İttihama görə, hadisədən bir neçə gün əvvəl keçirilən toy mərasimi zamanı onların arasında dava olub və olay günü yenidən başlayan mübahisə qətl hadisəsi ilə nəticələnib.

Qətli törədən Qılman Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məclləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər