Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

758
Paylaş:
Sabahdan güclü külək əsəcək -     XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 22-si günün ikinci yarısından 23-ü axşamadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s olacaq.

Pravda.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında iyunun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 24-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

Paylaş:

Ən son xəbərlər