“Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun. Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var. Belə ki, bu səfər tarixi səfərdir, onun çox yaxşı əsası var və gələcəkdə biz bu əsası həyata keçirməliyik”.
"Məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var"
Pravda.az xəbər verir ki, bunları Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
“Sizə bir daha demək istəyirəm, biz razılığa gəldik ki, noyabr ayında İlham Heydər oğlu Səmərqəndə səfər edəcək. Səmərqənddə biz nazirlərimizi bugünkü razılaşmalar barədə dinləyəcəyik. Bunu nəyə görə deyirəm? Ona görə ki, bilirsiniz, bizim çox böyük imkanlarımız var, lakin nəticə çox kiçikdir. Biz bu gün gələcək əməkdaşlığımızın ciddi perspektiv layihələri barədə razılığa gəldik. Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnunam” - Prezidenti bildirib.